ŞÜŞƏ QƏLİBLƏR

STD GLASS - Sizin Güvənli Partnyorunuz

Original Formadəstlər - Professional Seçim
Forma dəstlər və ya şüşə qəlibləri müxtəlif çeşidli şüşə banka və butulkaların istehsalı üçün tələb olunan texniki tərtibatlardır. Yüksək keyfiyyətli şüşə banka və butulkaların hazırlanması üçün texnoloji tələblərə cavab verən formadəstlərin seçilməsi çox vacibdir. Texnoloji tələblər dedikdə, sifarişçilər üçün vacib olan əsasən aşağıdakı göstəricilər nəzərdə tutulur:
- Forma dəstlərdə emal olunancaq məhsulların sayı yəni şüşə qəliblərinin uzunömürlülüyü
- İstifadə olunmuş forma dəstlərin bərpa oluna bilmə qabiliyyəti, istehsala təkrar tətbiq olunması imkanı və s.
Şirkətimiz forma dəstlərin hazırlanmasının təşkil olunmasında Almaniya, Çexiya, Bolgariya Xorvartiya və Çinin aparıcı istehsalçıları ilə əməkdaşlıq edir. Partnyorlarımız ilə birgə uğurlu fəaliyyət sayəsində müştərilərə forma dəstlər ilə əlaqədar iki fərqli növ xidmətlər paketini təklif edirik:

İstehsaldan Öncə Edilən Xidmətlər
Forma dəstlərin düzgün seçilməsində tərəfimizdən texniki dəstək göstərilməsi
İstənilən çətinlik səviyyəsində olan forma dəstlərin mümkün qədər qısa müddətdə hazırlanması və müştəriyə çatdırılması

İstehsal Zamanı Göstərilən Xidmətlər
Müştərilər tərəfindən istehsalatımıza daxil edilən forma dəstlərə iş zamanı düzgün texniki qulluq edilməsi və formadəstlərin istehsalatda tətbiq resurslarının maksimum istifadə olunması