Eksluziv Dizaynların İşlənilməsi

STD GLASS - Sizin Güvənli Partnyorunuz

STD GLASS müştərilərinə onların bazara daxil edəcəkləri məshulların satışının uğurlu olmasına yardımçı ola biləcək eksluziv şüşə butulka və banka dizaynlarının işlənilməsini təklif edir.
Eksluziv Dizaynların İşlənilməsi – Bu sizin yeni brendinizin yaradılması üçün ilkin və vacib mərhələdir. İşləniləcək dizayn müasir tendensiyaya və bazarın tələblərinə cavab verməlidir.
Bununla əlaqədar olaraq, şirkətimiz müştərilərə müxtəlif məhsulların, məsələn: araq, konyak, pivə, şərab, mineral sular, limonadlar, meyvə şirələri və s. qablaşdırılması üçün lazım olan müxtəlif dizaynlı şüşə butulkaların və ya bankaların hazırlanmasına dair aşağıdakı xidmətlər spektrini təqdim edir:
- Müştərilərin istək və tələblərini nəzərə alaraq, onlara bir neçə çeşidli dizaynların təklif olunması
- Müştərilərin razılığı ilə seçilmiş variantın eskiz nümunəsinin hazırlanması
- Hazırlanmış eskizin müştəriyə qərar qəbul edə bilməsi üçün təqdim olunması
- Müştəri tərəfindən qərarı verilmiş dizaynın qiymət təklifinin verilməsi
- Dizaynı təsdiqlənmiş məhsulun (butulka və ya banka) istehsalı üçün tələb olunan işçi cizgilərinin tərtibi, həmin cizgilərə əsasən forma dəstlərin (qəliblərin) konstruktor sənədlərinin işlənilməsi və xarici partnyorlarımıza hazırlanması üçün sifariş verilməsi
- Xarici ölkələrdə hazırlanmış forma dəstlərin ölkəmizə idxalının (bank xidmətləri, daşınma, gömrük xərcləri və s. daxil) təşkil olunması
- Hazırlanmış forma dəstlərin (qəliblərin) istehsalata daxil edilməsi, şüşə butulkaların istehsalı və paletlərdə qablaşdırılması
- Hazır məhsulun (şüşə butulka və ya banka) müştərilərə çatdırılması
Yuxarıda adları çəkilən xidmətlərin müştərilərimiz üçün iqtisadi cəhətdən daha əlverişli şərtlərlə həyata keçirilməsi üçün STD GLASS bütün lazımi resurslara malikdir.